"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyi daha bir layihəni icrasına başladı

--2022-09-05 / 14:46

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müharibə - bir ailənin sorağında...” adlı sənədli filmin hazırlanması layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti iki ay nəzərdə tutulub.

ÇəkiləcəkMüharibə-bir ailənin sorağında...” adlı sənədli film Xankəndi şəhərindən olan Nəsirovlar ailəsinin, yəni Birinci Qarabağ döyüşçüləri Nəsirov Ramiz Kamal oğlu, Nəsirov Kamran Kamal oğlu, Nəsirov əli Kamal oğlu, Nəsirov Akif Kamal oğlu, Birinci Qarabağ şəhidləri Nəsirov Zahir Rafiq oğlu, Mirzəyev Araz Cavanşir oğlu, şahverdiyev Azər Məmməd oğlu, Məmmədov Yaşar Yusif oğlu və Vətən müharibəsi şəhidi Nəsirov Xəqani Kamran oğlunun döyüş yolundan bəhs edəcək. Filimin çəkilişi Bakı və Gəncə şəhərlərində, Bərdə və Goranboy rayonlarında və Aşağı Ağcakənd qəsəbəsində aparılacaq.

Layihənin məqsədi Xankəndi şəhərindən olan Nəsirovlar ailəsinin vətənimizin ərazi bütövlüyünün qorunmasında göstərdikləri şücaətlər haqqında məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. Digər amalımız isə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və Azərbaycan vətəndaşlarının daim öz ərazi bütövlüyünü qoruyacağını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Məlumat üçün bildiririk ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai Birliyi bu günə qədər bir çox uğurlu layihələr həyata keçirmişdir.

ŞƏRHLƏR